AZ

ABL: Bu gün daha iki görüş keçiriləcək

ain.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) IV turun daha iki oyunu keçiriləcək. Sport24.az xəbər verir ki, günün ilk matçında "Sərhədçi" "Naxçıvan"la üz-üzə gələcək.

Qarşılaşma saat 14:00-da start götürəcək. "Sərhədçi" dörd xalla beşinci, Naxçıvan klubu 5 xalla B qrupunda dördüncü pillədə qərarlaşıb.

Günün ikinci görüşündə "Neftçi" "Abşeron Lions"la qarşılaşacaq. A qrupunda yer alan komandaların görüşü saat 18:00-da başlayacaq. "Abşeron Lions" bu qrupda 6 xalla ikinci, rəqiblərindən bir oyun az keçirən "ağ-qaralar" 3 xalla dördüncüdür.

Qeyd edək ki, tura oktyabrın 26-da yekun vurulacaq. Əvvəlki matçlarda "Sabah" "Gəncə"ni, "Lənkəran" "Quba"nı (102:87), "Ordu" "Sumqayıt"ı (116:81) məğlub edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
6
sport24.az

10Mənbələr