AZ

Zabil Qəhrəmanovun həbsinin təfərrüatları - YAXINLARI DANIŞDI

Gəncədə fəaliyyət göstərən tanınmış vəkil Zabil Qəhrəmanovun həbsi böyük rezonansa səbəb olub.

Hurriyyet.Az bildirir ki, Gununsesi.info tanınmış vəkilin yaxınları ilə əlaqə saxlayıb.

Onların sözlərinə görə, Zabil avtomobilini yumaq üçün evdən çıxıb:”Maşını yumağa verib, özü də kənarda çay içirmiş. Maşının yanına qayıdanda zədələndiyini görüb. Orda maşını yuyan adamla sözləşib.

Həmin şəxs Zabilə yumruq-təpik atıb. Zabil də ona təpik atsa da amma dəyməyib. Sonra kənarlaşıb gedib. Axşam saxlayıb polisə aparıblar. Bu, Zabilə qarşı qurulmuş oyundur. O, çarəsiz, imkansız adamların haqqını qoruyub. Şahidlər deyir ki, Zabilin ona atdığı təpik dəyməyib. Dünən axşamdan onu saxlayırlar”.

 

Gülxanım Əliyeva

Seçilən
31
1
hurriyyet.az

2Mənbələr