AZ

Zabil Qəhrəmanovun həbsinin təfərrüatları XANIMI DANIŞDI

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

Gəncədə fəaliyyət göstərən tanınmış vəkil Zabil Qəhrəmanovun həbsi böyük rezonansa səbəb olub.

Gununsesi.info tanınmış vəkilin həyat yoldaşı Ofeliya Qəhrəmanova ilə əlaqə saxlayıb.

Onu sözlərinə görə, həyat yoldaşı avtomobilini yumaq üçün evdən çıxıb:”Maşını yumağa verib, özü də kənarda çay içirmiş. Maşının yanına qayıdanda zədələndiyini görüb. Orda maşını yuyan adamla sözləşib.

Həmin şəxs Zabilə yumruq atıb. Zabil də ona təpik atsa da amma dəyməyib. Sonra kənarlaşıb gedib. Axşam saxlayıb polisə aparıblar. Bu, Zabilə qarşı qurulmuş oyundur. O, çarəsiz, imkansız adamların haqqını qoruyub. Kameralara baxış zamanı da Zabilin ona atdığı təpiyin dəymədiyi görünür. Dünən axşamdan onu saxlayırlar”.

Gülxanım Əliyeva

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
78
1
icma.az

2Mənbələr