AZ

Bağırov: “Bu gün susmaq lazımdır”

ain.az, futbolpress-az portalına istinadən məlumat verir.

Azərbaycan Premyer Liqasının IX turunun “Kəpəz” – “İmişli” oyunundan (0:3) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Çox ağır məğlubiyyətdir. Qırmızı vərəqəyə qədər pis oynamadıq. Bəzi epizodlarda nələrsə alınırdı. “Qırmızı”dan sonra bütün oyun planımız pozuldu.

– Ötən tur 10 nəfər nəfərlə qalan “Şamaxı”nı məğlub etdiniz, bu gün isə özünüz azlıqda qalıb məğlub oldunuz. Belə demək olar ki, əvvəlki matçdakı qələbə təsadüfi idi?

– Bəlkə də sual doğru deyil. Bu, futboldur. “Şamaxı”da rəqib qırmızı vərəqə alanda biz hesabda öndə idik. Bu gün ilk 25 dəqiqədə komanda pis deyildi.

– İkinci və üçüncü qollar yaxın küncdən vuruldu. Qapıçının performansını necə dəyərləndirirsiniz?

– Şərh etməyə ehtiyac yoxdur. Çox şey haqda danışmaq olar. Amma bu gün susmaq lazımdır. Qışa qədər mümkün olduğu qədər çox xal toplamalıyıq.

– Qışda yeni qapıçı transferi gözlənilir?

– Hər şey ola bilər, düşünəcəyik.

– Qapıçı seçiminizdə xüsusi səbəb var idi?

– Xüsusi bir səbəb yoxdur. Məşqə yanaşma, intizam qaydalarına görə seçim edirik. Qapıçı məşqçisi ilə də məsləhətləşirik. Spontan qərar deyildi. Həftəlik məşqlərdə diskusiyalar aparırıq.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
10
futbolpress.az

10Mənbələr