AZ

Milli Məclis bu məhkəmələrə hakimlər təyin ETDİ

Bakı, Gəncə və Sumqayıt Apellyasiya məhkəmələrinə hakimlər təyin edilib.

Redaktor.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Ağalarov Həmid Azər oğlu, Hümbətov Fəhmin Zaur oğlu, Qasımov Vidadi Kamal oğlu, Mədətli Fərid İlham oğlu, Sevdimalıyeva Günel Arif qızının Bakı Apellyasiya Məhkəməsinə, Qəhrəmanov Əkrəm Sabir oğlu, Məmmədov Turan Nurulla oğlunun Gəncə Apelyasiya məhkəməsinə, Ramin Xəlilov Adilxan oğlunun isə Sumqayıt Apelyasiya Məhkəməsinə hakim təyin edilməsi təklif olunub.

Məsələ səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Konstitusiyaya əsasən, Azərbaycan Respublikası Apellyasiya məhkəmələri hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Milli Məclis təyin edir.

***

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.

Redaktor.az xəbər verir ki, layihəyə əsasən, Xəyalə Adil qızı Cəmilova və Zaur Nazim oğlu Hüseynovun Bakı Apelyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək, Ali Məhkəmənin hakimi təyin olunması təklif edilib.

Məsələ səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Qeyd edək ki, Konstitusiyaya əsasən, Ali Məhkəmə hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Milli Məclis təyin edir.

Seçilən
19
13
redaktor.az

10Mənbələr