AZ

Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikana səfəri Azərbaycanın yalnız siyasi yox, mədəni-dini platformalar üzərindən sülh diplomatiyası qurduğunu göstərir - Soltan Məmmədov

Bakı. Trend:

İlk növbədə Beynəlxalq Parlamentlərarası İttifaqın 151-ciAssambleyasında uğrlu iştirakla bağlı hörmətli Sahibə xanım sizi vəsizin rəhbərliyiniz altında nümayəndə heyətini təbrik etməkistərdim.

Trend xəbərverir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputatSoltan Məmmədov bildirib.

Deputat deyib ki, 5-ci ildönümünü qeyd etdiyimiz Vətənmüharibəsindən sonra Azərbaycan regionda “post-münaqişə dövrüdiplomatiyası” həyata keçirir.

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevinmüəyyən etdiyi strateji xətt sülhü yalnız imzalanmış sazişlərlədeyil, mədəniyyətlərarası dialoq, dini dözümlülük və qarşılıqlıhörmət prinsipləri ilə möhkəmləndirir. Azərbaycan RespublikasınınBirinci vitse-prezidenti hörmətli Mehriban xanım ƏliyevanınVatikana bir neçə gün öncə həyata keçirilmiş rəsmi səfəri dəAzərbaycanın yalnız siyasi yox, həm də mədəni-dini platformalarüzərindən sülh diplomatiyası qurduğunu göstərir.

Bu səfəri mühüm tarixi hadisə kimi qiymətləndirməyə əsas verənamillərdən biri mədəniyyətlərarası dialoq və multikulturalizmideyalarının praktiki təbliği baxımından əhəmiyyətidir. Səfərçərçivəsində görüşlərdə Heydər Əliyev Fondunun dəstəyi iləVatikanda həyata keçirilmiş bərpa işlərinin yüksəkqiymətləndirildiyi xüsusi olaraq vurğulandı.

Roma Papası XIV Leo Birinci vitse-prezidenti hörmətli Mehribanxanım Əliyevanın irəli sürdüyü təşəbbüslər sayəsində münasibətlərinxeyli inkişaf etdiyini xüsusi olaraq vurğuladı. Bu əməkdaşlığındinlərarası və sivilizasiyalararası dialoqa çox böyük təkanverdiyini, Azərbaycanın da bu baxımdan dünya miqyasında ilksıralarda yer aldığını qeyd etdi.

Eyni zamanda Bakı şəhərində ikinci Katolik Kilsəsinin tikintisiilə bağlı qərara görə Azərbaycan Respublikasının Prezidenti cənabİlham Əliyevə təşəkkürünü ifadə etdi."

S. Məmmədov qeyd edib ki, Heydər Əliyev Fondunun dəstəyi iləVatikan Apostol Kitabxanasında aşkar edilmiş Azərbaycanın tarixi vəmədəniyyəti, o cümlədən türkdilli irsin qorunması kontekstindəböyük əhəmiyyətə malik 75 əlyazmanın bərpası vərəqəmsallaşdırılması artıq yekunlaşdırılıb.

"Səfər bir daha təsdiq etdi ki, Azərbaycan dünyada tolerantlıqvə dinlərarası əməkdaşlıq mərkəzi kimi öz imicini möhkəmləndirir.Bizim ölkəmiz ziddiyyətlərin artdığı, dövlətlər və xalqlar arasındaanlaşılmazlıqların çoxaldığı, beynəlxalq münasibətlərinmürəkkəbləşdiyi bir dövrdə gərginliklərin azaldılmasına yönəlmişnümunəvi model yaratmağa və təqdim etməyə nail olub.

Hörmətli Mehriban xanım Əliyevanın Vatikana rəsmi səfəriAzərbaycanın müasir, humanist və tolerant cəmiyyət obrazınınmöhkəmləndirilməsinə böyük töhfədir. Eyni zamanda Azərbaycanınmədəniyyətlərarası dialoq təşəbbüslərinin müəllifi olan bir ölkəkimi Cənubi Qafqazda sülh, əməkdaşlıq, qarşılıqlı etimad mühitininbərpasında fəal rol oynadığını təsdiq edir.

Azərbaycan postmüharibə dövründə irəli sürdüyü ardıcıltəşəbbüslər, həyata keçirdiyi siyasətlə göstərir ki, sülh təkcəiqtisadi deyil, həm də mədəni və mənəvi dəyərlər üzərindəqurulmalıdır. İnanırıq ki, region ölkələrinə və bütün dünyayaverilən bu pozitiv mesajlar Cənubi Qafqazın tarixində çoxdangözlənilən yeni səhifəni açmağa imkan yaradacaqdır."

Seçilən
15
3
az.trend.az

6Mənbələr