Səfər çərçivəsində görüşlərdə Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanda həyata keçirilmiş bərpa işlərinin yüksək qiymətləndirildiyi xüsusi olaraq vurğulandı. Roma Papası XIV Leo Mehriban xanımın irəli sürdüyü təşəbbüslər sayəsində münasibətlərin xeyli inkişaf etdiyini xüsusi olaraq vurğuladı. Bu əməkdaşlığın dinlərarası və sivilizasiyalararası dialoqa çox böyük təkan verdiyini, Azərbaycanın da bu baxımdan dünya miqyasında ilk sıralarda yer aldığını qeyd etdi. Eyni zamanda Bakı şəhərində ikinci Katolik Kilsəsinin tikintisi ilə bağlı qərara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürünü ifadə etdi. Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikan Apostol Kitabxanasında aşkar edilmiş Azərbaycanın tarixi və mədəniyyəti, o cümlədən türkdilli irsin qorunması kontekstində böyük əhəmiyyətə malik 75 əlyazmanın bərpası və rəqəmsallaşdırılması artıq yekunlaşdırılıb. Səfər bir daha təsdiq etdi ki, Azərbaycan dünyada tolerantlıq və dinlərarası əməkdaşlıq mərkəzi kimi öz imicini möhkəmləndirir. Eyni zamanda Azərbaycanın mədəniyyətlərarası dialoq təşəbbüslərinin müəllifi olan bir ölkə kimi Cənubi Qafqazda sülh, əməkdaşlıq, qarşılıqlı etimad mühitinin bərpasında fəal rol oynadığını təsdiq edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31