ain.az, Oxu.az portalına istinadən məlumat verir.
Tailandda elektron siqaret balıqçının ölümünə səbəb olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Thaiger" nəşri məlumat verib.
Məlumata görə, 47 yaşlı kişi kanalın sahilində ölü tapılıb. Onun ağzında, üzündə, sinəsində və sol qolunda çox sayda ağır xəsarət və yanıq olub, onu xilas etmək üçün artıq çox gec olub.
Polis əvvəlcə onun güllələndiyindən şübhələnib. Lakin məhkəmə ekspertləri yaralarda çox sayda metal parçası aşkar ediblər və kişinin ağzında elektron siqaretin partladığı qənaətinə gəliblər. Bundan əlavə, iti metal parçalarının kişinin sinəsini deşərək ağciyərlərinə və ürəyinə nüfuz etdiyi də məlum olub.
"Güllə yaraları yox idi, ancaq elektron siqaretin parçaları var idi. Onun ürəyi və ağciyərləri tamamilə məhv olmuşdu", - deyə polis nümayəndəsi bildirib.
Qeyd edildiyinə görə, bu, Tailandda elektron siqaret batareyasının alovlanması və partlaması nəticəsində baş verən ilk ölüm hadisəsidir. Müstəntiqlər ehtimal edirlər ki, cihazda keyfiyyətsiz və ya saxta batareya olub, çünki daha əvvəl oxşar hadisələr digər ölkələrdə də baş verib.
"Bu faciə ciddi bir xəbərdarlıq olmalıdır. Elektron siqaretlərin batareyaları kiçikdir, lakin ölümcüldür", - deyə polisdən vurğulanıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.
 
                        