Tailandda elektron siqaret balıqçının ölümünə səbəb olub.
Hafta.az xəbər verir ki, 47 yaşlı kişi kanalın sahilində ölü tapılıb. Onun ağzında, üzündə, sinəsində və sol qolunda çox sayda ağır xəsarət və yanıq olub, onu xilas etmək üçün artıq çox gec olub.
Polis əvvəlcə onun güllələndiyindən şübhələnib. Lakin məhkəmə ekspertləri yaralarda çox sayda metal parçası aşkar ediblər və kişinin ağzında elektron siqaretin partladığı qənaətinə gəliblər. Bundan əlavə, iti metal parçalarının kişinin sinəsini deşərək ağciyərlərinə və ürəyinə nüfuz etdiyi də məlum olub:
"Güllə yaraları yox idi, ancaq elektron siqaretin parçaları var idi. Onun ürəyi və ağciyərləri tamamilə məhv olmuşdu".
Tailandda elektron siqaret batareyasının alovlanması və partlaması nəticəsində baş verən ilk ölüm hadisəsi sayılır. Müstəntiqlər ehtimal edirlər ki, cihazda keyfiyyətsiz və ya saxta batareya olub, çünki daha əvvəl oxşar hadisələr digər ölkələrdə də baş verib:
"Bu faciə ciddi bir xəbərdarlıq olmalıdır. Elektron siqaretlərin batareyaları kiçikdir, lakin ölümcüldür". /"The Thaiger"/