AZ

UEFA Konfrans Liqasında III turun oyunları yekunlaşıb

UEFA Konfrans Liqasının Liqa mərhələsində III turun oyunları keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, Avropanın müxtəlif şəhərlərində baş tutan qarşılaşmalarda maraqlı nəticələr qeydə alınıb.

Türkiyə təmsilçisi “Samsunspor” evdə Ukraynanın “Dinamo” (Kiyev) klubuna 3:0 hesabı ilə qalib gəlib.

İtaliyanın “Fiorentina” komandası da səfərdə “Rapid”i eyni hesabla məğlub edib.

Turun ən böyükhesablı nəticəsi Yunanıstanda qeydə alınıb – AEK doğma azarkeşlər önündə Şotlandiyanın “Aberdin” klubunu 6:0 hesabı ilə darmadağın edib.

Aşağıda günün bütün nəticələri təqdim olunur:

UEFA Konfrans Liqası – Liqa mərhələsi, III tur (23 oktyabr)

AZ – “Slovan” – 1:0

“Şaxtyor” – “Legiya” – 1:2

“Rapid” – “Fiorentina” – 0:3

“Strasburq” – “Yagelloniya” – 1:1

“Riyeka” – “Sparta” – 0:0

AEK – “Aberdin” – 6:0

“Drita” – “Omoniya” – 1:1

“Breydablik” – KuPS – 0:0

“Şkendiya” – “Şelbrun” – 1:0

“Hakken” – “Rayo Valyekano” – 2:2

“Kristal Pelas” – AEK (Larnaka) – 0:1

“Şemrok Rovers” – “Sele” – 0:2

“Maynts 05” – “Zrinski” – 1:0

“Linkoln” – “Lex” – 2:1

“Siqma” – “Rakuv” – 1:1

“Samsunspor” – “Dinamo” (Kiyev) – 3:0

“Universitatya” – “Noa” – 1:1

“Hamrun” – “Lozanna” – 0:1

Seçilən
72
90deqiqe.az

1Mənbələr