UEFA Konfrans Liqasının Liqa mərhələsində III turun oyunları keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, Avropanın müxtəlif şəhərlərində baş tutan qarşılaşmalarda maraqlı nəticələr qeydə alınıb.
Türkiyə təmsilçisi “Samsunspor” evdə Ukraynanın “Dinamo” (Kiyev) klubuna 3:0 hesabı ilə qalib gəlib.
İtaliyanın “Fiorentina” komandası da səfərdə “Rapid”i eyni hesabla məğlub edib.
Turun ən böyükhesablı nəticəsi Yunanıstanda qeydə alınıb – AEK doğma azarkeşlər önündə Şotlandiyanın “Aberdin” klubunu 6:0 hesabı ilə darmadağın edib.
Aşağıda günün bütün nəticələri təqdim olunur:
UEFA Konfrans Liqası – Liqa mərhələsi, III tur (23 oktyabr)
AZ – “Slovan” – 1:0
“Şaxtyor” – “Legiya” – 1:2
“Rapid” – “Fiorentina” – 0:3
“Strasburq” – “Yagelloniya” – 1:1
“Riyeka” – “Sparta” – 0:0
AEK – “Aberdin” – 6:0
“Drita” – “Omoniya” – 1:1
“Breydablik” – KuPS – 0:0
“Şkendiya” – “Şelbrun” – 1:0
“Hakken” – “Rayo Valyekano” – 2:2
“Kristal Pelas” – AEK (Larnaka) – 0:1
“Şemrok Rovers” – “Sele” – 0:2
“Maynts 05” – “Zrinski” – 1:0
“Linkoln” – “Lex” – 2:1
“Siqma” – “Rakuv” – 1:1
“Samsunspor” – “Dinamo” (Kiyev) – 3:0
“Universitatya” – “Noa” – 1:1
“Hamrun” – “Lozanna” – 0:1