Çoxfunksiyalı binaların damlarında müxtəlif məqsədli meydançalar layihələndirilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Çoxfunksiyalı binalar və komplekslər. Layihələndirmə normaları”nda əksini tapıb.
Bu meydançalar AzDTN 2.7-2 və AzDTN 2.22-1 tələblərinə uyğun olmalıdır. Havalandırma cihazlarının dam səthinə olan məsafəsi müəyyən edilmiş minimum ölçülərə riayət etməlidir. Yaşıllaşdırma və istirahət zonaları layihə tapşırığına uyğun planlanmalıdır.