MİNGƏÇEVİR, 23 oktyabr. TELEQRAF
Mingəçevirdə Ağdam rayon sakini bıçaqlanıb.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Heydər Əliyev prospektində yerləşən köçkün şəhərciyində bsş verib.
1990-cı il təvəllüdlü Ağdam rayon sakini Abbasov Elvin Sərdar oğlu naməlum şəraitdə bıçaqlanıb.
Təcili xəstəxanaya çatdırılan yaralı dərhal əməliyyata alınıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Teleqraf"ın sorğusuna cavab olaraq bildirilib ki, 36 yaşlı şəhər sakininin kəsilmiş-deşilmiş xəsarətlər alması ilə bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.