AZ

Putin Budapeşt sammitindən DANIŞDI: "Bu, hər ikimizin səhvi olardı"

Rusiya Prezidenti Vladimir Putin Budapeştdə keçiriləcək Rusiya-ABŞ sammitinə hazırlıqsız yanaşmağın səhv olduğunu bildirib.

Publika.az xəbər verir ki, o bu barədə Rusiya Coğrafiya Cəmiyyətinin konqresində çıxış edərkən danışıb.

"Əlbəttə, belə görüşlərə yaxşı hazırlaşmaq lazımdır. Buna yüngül yanaşmaq və gözlənilən nəticələr olmadan getmək həm mənim, həm də Amerika prezidentinin (Donald Trampın) səhvi olardı", - Putin deyib.

Oktyabrın 22-də Donald Tramp Vladimir Putinlə keçən həftə elan edilmiş Budapeşt görüşünün ləğv edildiyini açıqlayıb. Amerika Prezidenti görüşün “lazım olana” nail olmayacağı fikrini bildirib. Bununla belə, Tramp Putinlə gələcəkdə görüşün mümkünlüyünü istisna etməyib.

Seçilən
73
3
publika.az

4Mənbələr