ain.az, Qafqazinfo saytına istinadən bildirir.
“Budapeştdə keçiriləcək Rusiya-ABŞ sammitinə hazırlıqsız yanaşmaq səhv addım olar”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Rusiya Coğrafiya Cəmiyyətinin konqresində çıxışı zamanı deyib.
O bildirib ki, belə görüşlərə yaxşı hazırlaşmaq lazımdır:
“Buna yüngül yanaşmaq və gözlənilən nəticələr olmadan getmək həm mənim, həm də Amerika prezidentinin səhvi olar”.
Qeyd edək ki, oktyabrın 22-də Donald Tramp Vladimir Putinlə keçən həftə elan edilmiş Budapeşt görüşünün ləğv edildiyini açıqlayıb. Bununla belə Tramp Putinlə gələcəkdə görüşün mümkünlüyünü də istisna etməyib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.