ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanın qadın həndbolçulardan ibarət millisi VI İslam Həmrəyliyi Oyunlarına hazırlığı davam etdirir.
Azərbaycan Həndbol Federasiyasından Gununsesi.info-ya verilən məlumata görə, yığma bu məqsədlə Mingəçevirə yollanaraq “Kür” Olimpiya İdman Mərkəzində təlim-məşq toplanışına start verib.
15 həndbolçunun iştirak etdiyi məşqlər baş məşqçi Aleksandr Revva və köməkçisi Yelena Namaliyevanın rəhbərliyi ilə həyata keçirilir.
Hazırlıq mərhələsi oktyabrın 30-dək davam edəcək.
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.