AZ

Rusiya Kalinovski alayını terror təşkilatları siyahısına saldı

BAKI, 23 oktyabr. TELEQRAF

Rusiya Ukraynanın Kalinovski hərbi alayını terrorçu və ekstremistlər siyahısına əlavə edib.

Teleqraf xəbər verir ki, bu barədə məlumat "Rosfinmonitoring" saytı məlumat yayıb.

Sentyabrın 25-də Belarus Ali Məhkəməsi də Kalinovski alayını terror təşkilatı kimi tanıyıb. Bir neçə KİV-in mənbələrə istinadən yaydığı məlumata görə, bu qruplaşmanın üzvləri 2024-cü ildə Belarusun cənubundakı əraziləri ələ keçirməyi planlaşdırıblar.

Kalinovski alayını Belarus və Litva millətçilərindən ibarət “Belarus” taktiki qrupunun üzvləri təşkil edir. Hər iki təşkilat DonbasdaRusiya qüvvələrinə qarşı döyüşüb.

Seçilən
107
1
teleqraf.com

2Mənbələr