AZ

Rusiya Kalinovski alayını terror təşkilatları siyahısına saldı

Rusiya Ukraynanın Kalinovski hərbi alayını terrorçu və ekstremistlər siyahısına əlavə edib.

Yenisabah.az xəbər verir ki, bu barədə məlumat "Rosfinmonitoring" saytı məlumat yayıb.

Sentyabrın 25-də Belarus Ali Məhkəməsi də Kalinovski alayını terror təşkilatı kimi tanıyıb. Bir neçə KİV-in mənbələrə istinadən yaydığı məlumata görə, bu qruplaşmanın üzvləri 2024-cü ildə Belarusun cənubundakı əraziləri ələ keçirməyi planlaşdırıblar. pizza mizza

Kalinovski alayını Belarus və Litva millətçilərindən ibarət “Belarus” taktiki qrupunun üzvləri təşkil edir. Hər iki təşkilat Donbasda Rusiya qüvvələrinə qarşı döyüşüb./Teleqraf 


Telegram kanalımız
Seçilən
25
1
yenisabah.az

2Mənbələr