AZ

Dələduzluq edərək 43800 manat ələ keçirən şəxs saxlanılıb

Bakıda dələduzluq edərək 43800 manat ələ keçirən şəxs saxlanılıb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, paytaxtda dörd nəfər aldadılaraq ümumilikdə 43800 manat maddi vəsaitlərinin dələduzluq yolu ilə ələ keçirildiyi barədə polisə məlumat veriblər.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı B.Kətənov saxlanılıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.

Seçilən
93
5
teleqraf.com

10Mənbələr