AZ

"Aston Villa" üç futbolçu ilə müqaviləni yeniləyir

BAKI, 23 oktyabr. TELEQRAF

İngiltərənin "Aston Villa" klubu futbolçular Morqan Rocers, Con Makqinn və Metti Keşlə müqaviləni yeniləyəcək.

Teleqraf xəbər verir ki, bu barədə London təmsilçisinin baş məşqçisi Unai Emeri mətbuat konfransında məlumat yayıb.

İspaniyalı mütəxəssis hər üç oyunçu ilə müqavilənin uzadılması üçün danışıqların aparıldığını deyib.

23 yaşlı Rocersin hazırkı sözləşməsi 2030-cu ilin, 31 yaşlı Makqinnlə 28 yaşlı Keşin isə 2027-ci ilin yayına qədərdir.

Qeyd edək ki, "Aston Villa" 8 turdan sonra Premyer Liqanın turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.

Seçilən
113
teleqraf.com

1Mənbələr