Bakı. Trend:
2026-cı il üçün dövlət büdcəsində sosialyönlü xərclər üçün 17milyard 145,5 milyon manat məbləğində vəsait proqnozlaşdırılır. Bu,büdcə xərclərinin 41,1 faizini təşkil edir.
Trend-inməlumatına görə, sosialyönlü xərclər əməkhaqqı fondu, ərzaqməhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman vəsarğı ləvazimatları, icbari tibbi sığorta üzrə xərclər və digərsosial dəstək tədbirlərini əhatə edir.
2026-cı ildə bu xərclər 2025-ci illə müqayisədə 213,4 milyonmanat və ya 1,3 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 2milyard 492,8 milyon manat və ya 17 faiz çoxdur.
2022-ci illə müqayisədə isə sosialyönlü xərclərin dövlət büdcəsixərcləri tərkibində xüsusi çəkisi 5 faiz-bənd, mütləq ifadədə isə 5milyard 568,4 milyon manat və ya 48,1 faiz artıb.