AZ

2026-cı ildə sosialyönlü xərclər nə qədər təşkil edəcək? - RƏSMİ

2026-cı il üçün dövlət büdcəsində sosialyönlü xərclər (sosialyönlü xərclər əməkhaqqı fondu, ərzaq məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman və sarğı ləvazimatları, icbari tibbi sığorta üzrə xərclər və s.) üçün 17 milyard 145,5 milyon manat məbləğində vəsait proqnozlaşdırılır. Bu, büdcə xərclərinin 41,1 faizini təşkil edir.

Day.Az xəbər verir ki, bu məsələ "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

2026-cı ildə bu xərclər 2025-ci illə müqayisədə 213,4 milyon manat və ya 1,3 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 2 milyard 492,8 milyon manat və ya 17 faiz çoxdur.

2022-ci illə müqayisədə isə sosialyönlü xərclərin dövlət büdcəsi xərcləri tərkibində xüsusi çəkisi 5 faiz-bənd, mütləq ifadədə isə 5 milyard 568,4 milyon manat və ya 48,1 faiz artıb.

Seçilən
52
1
day.az

2Mənbələr