Bakı. Trend:
Nizami rayonunun Qara Qarayev prospektinin üç ünvanında – “8-cikilometr bazarı”nın qarşısında, “Neftçilər” və “Xalqlar dostluğu”metrostansiyalarının çıxışında, eləcə də Nəsimi rayonunun Füzuliküçəsindəki "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutununqarşısında minik avtomobillərinin sərnişinləri rahat şəkildəmindirib-düşürməsini təmin etmək məqsədilə xüsusi yerlər təşkiledilib və müvafiq lövhə yerləşdirilib.
Trend xəbərverir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatınhərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinə imkanyaratmaqdır.
Minib-düşmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatınhərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinəyetirilməli, təhlükəsizlik və manevretmə qaydalarına əməledilməlidir.
Qeyd edək ki, AYNA tərəfindən avtobus zolaqlarında minikavtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsinitəmin etmək məqsədilə xüsusi yerlərin yaradılması davametdirilir.