Bu il oktyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 81 milyard 472,2 milyon ABŞ dolları təşkil edib.
FED.az xəbər verir ki, bunun 86,1 %-i və yaxud 70 milyard 161,7 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 13,9 %-i və yaxud 11 milyard 310,5 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin III rübündə ölkənin valyuta ehtiyatları 3 milyard 802,7 milyon ABŞ dolları və yaxud 4,9 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 3 milyard 646,1 milyon ABŞ dolları və yaxud 5,5 %, AMB-nin valyuta ehtiyatlarında isə 156,6 milyon ABŞ dolları və yaxud 1,4 % artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 7 milyard 978,8 milyon ABŞ dolları və yaxud 10,85 % artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 8 milyard 464,1 milyon ABŞ dolları və yaxud 13,7 % artım, AMB-nin valyuta ehtiyatları isə 485,3 milyon ABŞ dolları və yaxud 4,1 % azalma nümayiş etdirib. (Report)
|   ARDNF-in valyuta ehtiyatları (milyon ABŞ dolları)  |    AMB-nin valyuta ehtiyatları (milyon ABŞ dolları)  |    Azərbaycanın valyuta ehtiyatları (milyon ABŞ dolları)  |  |
|   01.10.2025  |    70 161,7  |    11 310,5  |    81 472,2  |  
|   01.07.2025  |    66 515,6  |    11 153,9  |    77 669,5  |  
|   01.04.2025  |    62 740,2  |    11 026,5  |    73 766,7  |  
|   01.01.2025  |    60 031,4  |    10 959,5  |    70 990,9  |  
|   01.10.2024  |    61 697,6  |    11 795,8  |    73 493,4  |