AZ

“Lənkəran” sərhədində 35 kiloqram marixuananın ölkəyə keçirilməsinin qarşısı alınıb

Bakı. Trend:

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsininqarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Trend-ə verilən xəbərə görə, dövlətsərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotikvasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuzdövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının“Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhədaxtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdardanarkotik vasitənin İran İslam Respublikasından AzərbaycanRespublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

Axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən ümumi çəkisi35 kiloqram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Seçilən
13
46
az.trend.az

10Mənbələr