AZ

İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

Bakı, 23 oktyabr, AZƏRTAC

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.

DSX-dən AZƏRTAC-a bildirilib ki, axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən ümumi çəkisi 35 kiloqram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Seçilən
87
41
azertag.az

10Mənbələr