AZ

Azərbaycan fondu bu il əlavə 38 tondan çox qızıl alıb, ehtiyatını 185 tona yaxınlaşdırıb

2025-ci ilin 3-cü rübündə (yanvar-sentyabr) Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) 3,7 ton qızıl alıb və qızıl ehtiyatını 184,8 tona çatdırıb.

"Marja.az" bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, 30 Sentyabr 2025-ci il tarixinə Fondun ABŞ dolları portfelinin 22 milyard 982,9 milyon dollarlıq hissəsini (32,8%) qızıl investisiyaları təşkil edib.

30 iyun 2025-ci il tarixində Fondun ABŞ dolları portfelinin 19 milyard133,2 milyon dollarlıq hissəsini (28,8%) qızıl investisiyaları təşkil edirdi. Həmin tarixdə ARDNF 181,1 ton qızıla malik idi. 

2024-cü ilin sonunda ARDNF-in ABŞ dolları portfelinin 12  milyard 354,6 milyon dollarlıq hissəsini (20,6%) qızıl investisiyaları təşkil edirdi. 31 dekabr 2024-cü il tarixində Fondun 146,6 ton qızılı ehtiyatı var idi. Beləlikl, 2025-ci ilin 9 ayı ərzində Fondun qızıl ehtiyatı 38,2 ton artıb.

Seçilən
60
1
marja.az

2Mənbələr