UEFA Çempionlar Liqasının ümumi mərhələsinin III turunda “Bavariya” komandası evdə Belçikanın “Brügge” klubu ilə qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, görüş Münhenin “Arena Münhen” stadionunda keçirilib və baş hakim Donatas Rumşas (Litva) olub.
Matç ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada hesabı 5-ci dəqiqədə yarımmüdafiəçi Lenart Karl açıb. 14-cü dəqiqədə hücumçu Harri Keyn fərqi ikiqat artırıb. 34-cü dəqiqədə yarımmüdafiəçi Luis Dias üçüncü qolu vurub, 79-cu dəqiqədə isə hücumçu Nikolas Cekson nəticəni daha da möhkəmləndirib.
Üçüncü turdan sonra “Bavariya” ümumi mərhələnin turnir cədvəlində 9 xalla ikinci pillədə qərarlaşıb. “Brügge” isə 3 xalla 20-ci sırada qalıb.
 
                        