AZ

“Bavariya” evdə “Brügge”ni darmadağın etdi

UEFA Çempionlar Liqasının ümumi mərhələsinin III turunda “Bavariya” komandası evdə Belçikanın “Brügge” klubu ilə qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, görüş Münhenin “Arena Münhen” stadionunda keçirilib və baş hakim Donatas Rumşas (Litva) olub.

Matç ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada hesabı 5-ci dəqiqədə yarımmüdafiəçi Lenart Karl açıb. 14-cü dəqiqədə hücumçu Harri Keyn fərqi ikiqat artırıb. 34-cü dəqiqədə yarımmüdafiəçi Luis Dias üçüncü qolu vurub, 79-cu dəqiqədə isə hücumçu Nikolas Cekson nəticəni daha da möhkəmləndirib.

Üçüncü turdan sonra “Bavariya” ümumi mərhələnin turnir cədvəlində 9 xalla ikinci pillədə qərarlaşıb. “Brügge” isə 3 xalla 20-ci sırada qalıb.

Seçilən
104
90deqiqe.az

1Mənbələr