AZ

Bakıda vəkilin evindən oğurluq edən şəxs saxlanıldı

Vəkil Bəhruz Bayramova məxsus mənzildən oğurluq edilməsi ilə bağlı polisə daxil olan müraciət araşdırılıb.

Publika.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elburus İbrahimov bildirib.

Belə ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Muradov Fariz Murad oğlu saxlanılıb.

Oğurlanan əşyalar maddi sübut kimi aşkar edilərək götürülüb.

Seçilən
110
28
publika.az

10Mənbələr