AZ

Gəncədə avtomobillər toqquşub, xəsarət alanlar var

Gəncədə xəsarətlə nəticələnən yol qəzası olub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospekti ilə Atatürk prospektinin kəsişməsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Ford Tranzit" markalı yük maşını ilə "VAZ 2107" markalı minik maşını toqquşub. Qəzada 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Seçilən
85
32
unikal.az

10Mənbələr