AZ

Gəncədə avtomobil piyadanı vurub öldürdü

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Unikal"ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Toyota Prius" markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı kişini vurub.

Piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisə yerinə polis cəlb edilib. Ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Tural Əhmədov  

Seçilən
72
32
unikal.az

10Mənbələr