AZ

Xurmanın bilmədiyimiz faydaları

"Xurma bir çox faydalı mikroelementlərə malikdir".

Ölkə.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə həkim-qastroenteroloq Yevgeni Belousov danışıb.

Həkimin sözlərinə görə, xurma A və C vitaminləri, B qrupu vitaminləri, maqnezium, kalsium və həmçinin çoxlu lif ehtiva edir:

"Bunlar xolesterin səviyyəsini nəzarətdə saxlamağa və bağırsaq sağlamlığını qorumağa kömək edir: Bundan əlavə, xurmada çoxlu kalium var ki, bu da onu ürək üçün faydalı edir".

O qeyd edib ki, bu mövsümi meyvə həmçinin çoxlu antioksidantlar ehtiva edir – iltihab əleyhinə, mikrob əleyhinə və potensial olaraq xərçəng əleyhinə təsir göstərən maddələr:

“Xurma düzgün istehlak edildikdə orqanizm üçün böyük fayda verən qiymətli bir pəhriz məhsuludur. Bir yetkin üçün tövsiyə olunan gündəlik xurma porsiyası – meyvənin ölçüsündən asılı olaraq gündə bir-iki ədəddir".

Həkim bu meyvəni pendir və ya qoz-fındıqla yeməyi, yaxud yeməkdən sonra desert kimi istehlak etməyi tövsiyə edib.

Həmidə İbrahimova

Seçilən
73
2
olke.az

3Mənbələr