Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında neft-qaz sektoru üzrə vergiorqanlarının xətti ilə daxil olan vəsaitlərin 1,748 milyard manatı"Şahdəniz" yatağı üzrə mənfəət vergisi olub.
Trend bubarədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə18,7 milyon manat və ya 1,1% çoxdur.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanındövlət büdcəsinə neft-qaz sektoru üzrə daxilolmalar 14,150 milyardmanat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 943,1milyon manat və ya 7,1% çoxdur.
Hesabat dövründə neft-qaz sektoru üzrə daxilolmaların 76,8%-i vəya 10,861 milyard manatı Azərbaycan Dövlət Neft Fondundan (ARDNF)dövlət büdcəsinə transfertin, 23,2%-i və ya 3,289 milyard manatıvergi orqanlarının xətti ilə daxilolmaların payına düşüb.