AZ

Silk Way Group və dnata Azərbaycanda yeni aviasiya xidmətləri mərkəzini yaratmaq üçün strateji əməkdaşlığa başlayır

Bakı. Trend:

Azərbaycanın aparıcı özəl aviasiya və logistika şirkətlər qrupuolan Silk Way Group hava və səyahət xidmətləri sahəsində dünyalideri kimi tanınan dnata şirkəti ilə Bakının Ələt Azad İqtisadiZonasında yerləşən yeni Ələt Beynəlxalq Hava Limanında yerüstüxidmətlər və yükdaşıma əməliyyatlarının aparılması məqsədiləmüştərək müəssisənin yaradılması barədə müqavilə imzalayıb.

Birgə müəssisənin fəaliyyəti 2027-ci ilin aprelində yeniterminalın açılışı ilə başlayacaq və bu, Azərbaycanın aviasiya vəlogistika sahələrinin gələcəyinə mühüm sərmayə olacaq. Layihədnata-nın beynəlxalq təcrübəsini Silk Way Group-un yerli bazardakıliderliyi ilə birləşdirərək ölkədə aviasiya xidmətlərinin tamspektrini təqdim edəcək.

Ələt Beynəlxalq Hava Limanının müasir logistika infrastrukturuildə 500 000 tondan çox yükün emalını təmin edəcək, növbətionillikdə isə illik 5% artım proqnozlaşdırılır.

Birgə müəssisə ilkin mərhələdə yük daşımaları və yerüstüxidmətlərə fokuslanacaq, daha sonra fəaliyyət sahəsinigenişləndirərək keyterinq, ekspedisiya, buzdan təmizləmə və digərxidmətləri də əhatə edəcək. Məqsəd – hava yolları və aeroportmüştəriləri üçün “bir pəncərə” prinsipi ilə dünya səviyyəsindəsəmərəlilik və xidmət standartları təqdim edən kompleks xidmətmərkəzi yaratmaqdır.

Layihə çərçivəsində Azərbaycanın aviasiya sektorundauzunmüddətli imkanlar yaratmaq üçün bacarıqların inkişafı vətəlimlərə sərmayə qoyuluşu ilə 1000-dən artıq yerli iş yerlərininaçılacağı gözlənilir.

dnata uzun illərdir Silk Way Group-un etibarlı tərəfdaşıdır vəhazırda beş ölkədə Silk Way West Airlines üçün müxtəlifaviaxidmətlər göstərərək ildə 1150 reys və 85000 ton yük emaledir.

dnata-nın baş icraçı direktoru Stiv Allen bildirib: “Silk WayGroup ilə birgə müəssisəmiz dnata-nın qlobal fəaliyyət dairəsinigenişləndirmək və Qafqaz regionunun sürətli inkişafını dəstəkləməkistiqamətində mühüm addımdır. Bakıda inşa edilən yeni hava limanıregionun yük axınları üçün əsas logistika mərkəzinə çevriləcək vəbizim sərmayəmiz aviaşirkətlərə və logistika tərəfdaşlarına ilkgündən etibarən təhlükəsiz, keyfiyyətli və etibarlı xidmətlərtəqdim etməyə imkan verəcək.

Əməliyyat mükəmməlliyindən əlavə, bu əməkdaşlıq yüksəkpotensiala malik bazarlarda inteqrə olunmuş aviasiya həlləri təqdimetmək üzrə uzunmüddətli strategiyamızı əks etdirir. Biz Silk WayGroup ilə uğurlu əməkdaşlığımızı davam etdirməyi və Azərbaycanınaviasiya, logistika, biznes və icmalarının inkişafına dəstəkverməyi səbirsizliklə gözləyirik.”

Öz növbəsində Silk Way Group-un prezidenti Zaur Axundovbildirib:
«dnata ilə tərəfdaşlığımız Azərbaycanın aviasiya sənayesinininkişafında yeni bir mərhələni açır. Biz birlikdə Ələt Azadİqtisadi Zonasını qlobal aviasiya və logistika şəbəkəsi iləbirləşdirəcək müasir ekosistemi formalaşdırırıq. Bu birgə müəssisətəkcə infrastruktur layihəsinə deyil, həm də insanlara edilənsərmayədir — yeni iş yerləri yaradılır, peşə bacarıqları inkişafetdirilir və davamlı inkişaf üçün möhkəm təməl qoyulur. ƏlətBeynəlxalq Hava Limanında aviasiya xidmətlərinin açılmasıAzərbaycanın aparıcı regional mərkəzə çevrilməsi məqsədimizə doğrustrateji addımdır».

Ələt Azad İqtisadi Zonasında yerləşən Ələt Beynəlxalq HavaLimanına 18 təyyarə dayanacağı, 4000 metrlik uçuş-enmə zolağı vətaksi yolu, həmçinin hava hərəkətini idarəetmə mərkəzi daxilolacaq. Layihə ölkənin nəqliyyat imkanlarını artırmaq və ətrafregionun hərtərəfli iqtisadi inkişafını stimullaşdırmaq üçünnəzərdə tutulub.

2027-ci ildə tamamlandıqdan sonra daha geniş Ələt Azad İqtisadiZonası inteqrasiya olunmuş logistika infrastrukturu ilə əsastranzit mərkəzlərindən birinə çevriləcək. Zona Bakı BeynəlxalqDəniz Ticarət Limanına birbaşa çıxışdan, həmçinin geniş dəmir vəavtomobil yolları şəbəkələrindən faydalanaraq Azərbaycanınnəqliyyat və paylama potensialını əhəmiyyətli dərəcədəartıracaq.

dnata haqqında

dnata – dünyanın aparıcı avia və səyahət xidmətləritəminatçılarından biridir. 1959-cu ildə təsis edilənşirkət altı qitənin 30-dan çox ölkəsində keyfiyyətli və təhlükəsizyerüstü xidmətlər, yükdaşıma, səyahət, iaşə və pərakəndə satışxidmətləri təklif edir. 2024-2025-ci maliyyə ilində dnataşirkətinin müştəri yönümlü komandaları təyyarələrə 794 mindən çoxyerüstü xidmət göstərib, 3,1 milyon ton yük emal edib, 114 milyonyemək payı tədarük olunub və 2,6 milyard ABŞ dolları dəyərindəümumi səyahət xidmətləri tranzaksiyası həyata keçirilib.

“dnata” şirkəti haqqında daha ətraflı məlumat üçündnata.com internetsəhifəsinə daxil ola bilərsiniz. Mətbuat sorğuları üçünisə [email protected]saytına müraciət edin.

Silk Way Group haqqında

Əsası 2006-cı ildə qoyulan və baş ofisi Bakıda yerləşən SilkWay Group Azərbaycanın aparıcı özəl aviasiya və logistikamüəssisələrindən biridir. Şərqlə Qərbin kəsişməsində yerləşənstrateji mövqeyi sayəsində Qrup qlobal yükdaşıma əlaqələrində vəölkənin aviasiya infrastrukturunun inkişafında mühüm roloynayır.

Silk Way West Airlines, Silk Way Airlines, Silk Way Technicsvə Silk Way AFEZCO şirkətlərini birləşdirən Qrup ən yüksəkbeynəlxalq standartlara cavab verən hava yolu ilə yükdaşıma,texniki xidmət və logistika üzrə geniş həllər təqdim edir.

Silk Way Group hazırda Ələt Azad İqtisadi Zonasında (AFEZ)yeni hava limanı və logistika mərkəzinin tikintisi ilə havadaşımalarının gələcəyini müəyyən edir. Bu, Azərbaycanın qlobalticarətdə əsas oyunçu kimi rolunu artıracaq dayanıqlı,texnologiyaya əsaslanan bir layihədir.

1700-dən artıq peşəkar əməkdaşı ilə təhlükəsizlik,innovasiya və dayanıqlılığa diqqət yetirən Silk Way Group qitələribirləşdirməyə və bütün dünyada hava yolu ilə yükdaşımada yeniimkanlar yaratmağa davam edir.

Məqalədə:
Seçilən
54
6
az.trend.az

7Mənbələr