Ağdam şəhərinin mərkəzi parkında yüksələcək Fərhad heykəlinin inşaatı prosesinə baxış keçirilib.
Bu barədə APA-ya Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəliyin Mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov "Fərhadın heykəli"nin hazırlanması prosesi ilə tanış olub.



