AZ

"Warner Bros. Discovery" gələcək strategiyalarını qiymətləndirir

Bakı. Trend:

"Warner Bros. Discovery" mediaşirkəti səhmdarların mənfəətinimaksimuma çatdırmaq üçün müxtəlif fəaliyyət variantlarınıaraşdırır.

Trend-inməlumatına görə, bu barədə mediaşirkətin saytında bildirilib.

Mümkün variantlar arasında 2026-cı ilin ortalarına qədərşirkətin iki ayrı şirkətə bölünməsi, bütün şirkətin satışı və yaşirkətin ayrı-ayrı hissələrinin – xüsusilə "Warner Bros." və ya"Discovery"nin – satışı nəzərdən keçirilir.

Şirkətdən qeyd olunub ki, adları açıqlanmayan tərəflərdənrəhbərliklə razılaşdırılmamış bir neçə təklif alınıb. Bunun ardınca"Warner Bros. Discovery" bütün biznesini və ya onun bir hissəsinisatmaq planlarını rəsmi elan etməyə qərar verib.

Bəyanatdan sonra şirkətin səhmlərinin qiyməti 10% artıb. Qeydedək ki, "Warner Bros. Discovery" 2022-ci ildə yaradılıb.

Seçilən
111
2
az.trend.az

3Mənbələr