AZ

Warner Bros. Discovery satışa çıxarıldı

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Warner Bros. Discovery" mediaşirkəti səhmdarların mənfəətini maksimuma çatdırmaq üçün müxtəlif fəaliyyət variantlarını öyrənir.

Oxu.Az mediaşirkətin saytına istinadən xəbər verir ki, mümkün variantlar arasında 2026-cı ilin ortalarına qədər iki şirkətə bölünmə, ya bütün şirkətin satışı, ya da şirkətin ayrı-ayrı hissələrinin, xüsusilə "Warner Bros." və ya "Discovery"nin satışı nəzərdən keçirilir.

"Warner Bros. Discovery"dən bildiriblər ki, adları çəkilməyən tərəflərdən rəhbərliyi ilə razılaşdırılmamış bir neçə təklif alıb. Bundan sonra şirkət bütün biznesini və ya onun bir hissəsini satmaq planları haqqında rəsmi olaraq elan etmək qərarına gəlib.

Bəyanatdan sonra "Warner Bros. Discovery" səhmlərinin qiyməti 10% artıb.

Xatırladaq ki, "Warner Bros. Discovery" 2022-ci ildə yaradılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
92
2
oxu.az

3Mənbələr