AZ

Ağ Ev: Yaxın gələcəkdə Tramp-Putin zirvəsi gözlənilmir

Ağ Ev: Yaxın gələcəkdə Tramp-Putin zirvəsi gözlənilmir

Ağ Ev ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında yaxın gələcəkdə hər hansı bir zirvə görüşünün planlaşdırılmadığını açıqlayıb.

Ağ Ev rəsmisi Macarıstanın paytaxtı Budapeştdə iki həftə ərzində baş tutması gözlənilən Tramp-Putin zirvəsi ilə bağlı açıqlama verib.

ABŞ-lı rəsminin sözlərinə görə, dövlət katibi Marko Rubio və Rusiya xarici işlər naziri Sergey Lavrov məhsuldar görüş keçirib. Bildirilib ki, iki nazir arasında əlavə üz-üzə görüşə ehtiyac yoxdur və Prezident Trampın yaxın gələcəkdə Prezident Putin ilə görüşü planlaşdırılmayıb.

Xatırladaq ki, ABŞ Prezidenti Tramp ötən həftə açıqlamasında Rusiya-Ukrayna münaqişəsini sona çatdırmaq məqsədilə Rusiya Prezidenti Putinlə Budapeştdə görüşə biləcəyini bildirmişdi.

Seçilən
69
12
afn.az

10Mənbələr