"Həddindən artıq doza, xüsusilə 5-10 qat artım bəzi hallarda həyati təhlükə yarada bilər. Axşam saatlarında kofe içmək yuxu rejimini pozur, bu da keyfiyyətsiz və səthi yuxuya səbəb olur. Əgər insan daim kofe içmək istəyirsə, bu artıq kofeinə bağlılığın əlamətidir. Mədə problemləri, məsələn, qastrit, xora və ya refluks xəstəlikləri olan şəxslər kofeni xüsusilə acqarına qəbul etdikdə, mədə turşusunun artmasına və narahatlıqlara səbəb ola bilər".Həkim əlavə edir ki, kofe ilə birlikdə su içmək daha faydalıdır:"Bu həm kofeinin bədəndə yığılmasının qarşısını alır, həm də içindəki oksalatların sidik vasitəsilə atılmasına kömək edərək böyrək daşlarının yaranma riskini azaldır. Eyni zamanda kofe qəbulunun yeməkdən 1,5–2 saat sonra olması tövsiyə olunur, çünki yeməkdən əvvəl içildikdə kofe qidadakı dəmirin sorulmasını azalda bilər. Həddindən artıq kofein qəbulu isə ürək-damar sisteminə təsir edir – ürək döyüntüsünü artırır, təzyiqi yüksəldə bilər və çarpıntıya səbəb ola bilər. Bununla belə, kofenin faydalı tərəfləri də mövcuddur ki, metabolizmanı sürətləndirir və II tip diabet riskini azaldır".
Sevinc İbrahimzadə / Metbuat.az