AZ

Səhər ac qarnına su içməyin faydaları

Gündə bir neçə litr su içməyin sağlamlığa müsbət təsir göstərdiyi barədə çox danışılır.

Araşdırmalara görə, gün ərzində 2 litrə yaxın su içmək insanın enerjisini artırdığını, arıqlamağa kömək etdir.

Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, insan bədəni əsasən sudan təşkil olunub: 

"Əzələlərin 75, beynin 90, sümüklərin 22 və qanın 83 faizini su təşkil edir. Səhər yeməyindən əvvəl 1 və ya 2 stəkan su içmək toksitlərdən azad olmağa və bədənimizdən lazımsız maddələri atmağa kömək edir. Belə olduqda su bədəndə gedən maddələr mübadiləsini sürətləndirir və xəstəliklərdən qorunmağa imkan yaradır. Səhər ac qarnına su içməklə lazımsız maddələri idrar yolu ilə bədəndən atmaq mümkündür. Acqarına su içmək üz dərimizin elastikliyini qorumağa köməkçi olur və erkən qırışların qarşısını alır. Səhər tezdən su içmək həyat orqanlarımızın su ehtiyacını qarşılayır və sağlam şəkildə işləməklərinə kömək edir”. 

Sevinc

Seçilən
10
24
hit.az

10Mənbələr