AZ

Mingəçevirdə iki piyadanı maşın vurub, ölən var

Mingəçevirdə iki piyadanın vurulması və onlardan birinin ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Ölkə.az" APA-ya istinadla xəbər verir ki, Təbriz küçəsində baş verən hadisə zamanı hərəkətdə olan "VAZ-2106" maraqlı minik avtomobili yolu keçən iki qadını vurub.

Hadisə nəticəsində 1968-ci il təvəllüdlü Firəngiz Əhmədova ölüb, 1956-cı il təvəllüdlü Zöhrə Vahid qızı İsmayılova isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Mingəçevir şəhər mərkəzi xəstəxanasına çatdırılıb.

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Seçilən
50
5
olke.az

6Mənbələr