İsveçin cəmi 1500 nəfərlik balıqçı qəsəbəsini təmsil edən "Melbyü AİF" İsveç çempionatında möhtəşəm nəticə ilə çempion olub.
Fanat.Az xəbər verir ki, 7 il əvvəl 3-cü liqada çıxış edən klub bu mövsüm İsveç çempionatında tarixində ilk dəfə zirvəyə yüksəlib.
Klubun heyət strukturu da olduqca maraqlıdır:
Skaut vəzifəsində bir poçt işçisi,
Baş məşqçi vəzifəsində keçmiş məktəb direktoru,
Köməkçi məşqçi vəzifəsində isə bir akademik çalışır.
Liqanın başa çatmasına 3 tur qalmış çempionluğu təmin edən klub 2026/27 mövsümündə tarixində ilk dəfə Avropa turnirlərində çıxış edəcək və UEFA Çempionlar Liqasının təsnifat mərhələsində mübarizə aparacaq.
Kamil Xudiyev
 
                        