AZ

İsveçdə nağılı xatırladan uğur

İsveçin cəmi 1500 nəfərlik balıqçı qəsəbəsini təmsil edən "Melbyü AİF" İsveç çempionatında möhtəşəm nəticə ilə çempion olub.

Fanat.Az xəbər verir ki, 7 il əvvəl 3-cü liqada çıxış edən klub bu mövsüm İsveç çempionatında tarixində ilk dəfə zirvəyə yüksəlib.

Klubun heyət strukturu da olduqca maraqlıdır:

Skaut vəzifəsində bir poçt işçisi,

Baş məşqçi vəzifəsində keçmiş məktəb direktoru,

Köməkçi məşqçi vəzifəsində isə bir akademik çalışır.

Liqanın başa çatmasına 3 tur qalmış çempionluğu təmin edən klub 2026/27 mövsümündə tarixində ilk dəfə Avropa turnirlərində çıxış edəcək və UEFA Çempionlar Liqasının təsnifat mərhələsində mübarizə aparacaq.

Kamil Xudiyev

Seçilən
50
1
fanat.az

2Mənbələr