Bakı.Trend:
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Trend xəbərverir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, oktyabrın 21-də Sabunçu rayonu ərazisində 1980-ciil təvəllüdlü Emil Əliyevin öldürülməsi barədə rayon prokurorluğunaməlumat daxil olub.
Araşdırma zamanı 2009-cu il təvəllüdlü şəxsin bıçaqla xəsarətləryetirərək Emil Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənedilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işibaşlanıb.
Şəxs rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismindətutulub.
İbtidai istintaq davam etdirilir.