AZ

Sabunçuda qətl olub: Yeniyetmə saxlanılıb - YENİLƏNİB

Oktyabrın 21-də Sabunçu rayonu ərazisində 1980-ci il təvəllüdlü Emil Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə APA-ya Sabunçu rayon prokurorluğundan məlumat verilib.

Araşdırma zamanı 2009-cu il təvəllüdlü şəxsin bıçaqla xəsarətlər yetirərək Emil Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Şəxs rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

11:38

Sabunçu rayonunda qətl hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Maştağa qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 2009-cu il təvəllüdlü Y.Q. yaşadığı evin həyətində münaqişə zəminində həmyerlisi 1980-ci il təvəllüdlü Emil Əliyevin qol və kürək nahiyəsinə bıçaqla vurararq öldürüb.

Y.Q. polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

"Cebheinfo.az"

Seçilən
90
18
cebheinfo.az

10Mənbələr