AZ

Ehtiyatsızlıqda sinif yoldaşını öldürən yeniyetməyə ağır cəza verildi

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Futbol oynayarkən ehtiyatsızlıqdan sinif yoldaşının ölümündə təqsirləndirilən M.İ.-nin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan edilərək təqsirləndirilən şəxs 9 il müddətə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, təqsirləndirilən İ.M. futbol oynayarkən mübahisə zamanı sinif yoldaşına yumruq zərbəsi endirib.

Bundan bir gün sonra o dünyasını dəyişib. Təqsirləndirilən yeniyetməyə qarşı cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə ittiham elan edilib.

Elgün Həsənli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
92
4
oxu.az

5Mənbələr