AZ

Futbol oynayarkən sinif yoldaşını öldürən yeniyetməyə HÖKM OXUNDU

Futbol oynayarkən ehtiyatsızlıqdan sinif yoldaşının ölümündə təqsirləndirilən M.İ.-nin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. "Bakuinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan edilərək təqsirləndirilən şəxs 9 il müddətə azadlıqdan məhrum olunub. Qeyd edək ki, təqsirləndirilən İ.M. futbol oynayarkən mübahisə zamanı sinif yoldaşına yumruq zərbəsi endirib. Bundan bir gün sonra o dünyasını dəyişib. Təqsirləndirilən yeniyetməyə qarşı cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə ittiham elan edilib.

Seçilən
37
4
bakuinfo.net

5Mənbələr