AZ

Səbaildə svetoforun qadağanedici işığına məhəl qoymayan skuter qəzaya səbəb oldu

Bakı.Trend:

Svetoforun qadağanedici işığında keçmək bütün nəqliyyatvasitələri, eləcə də piyadalar üçün olduqca təhlükəlidir.

Trend xəbərverir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzininmüşahidə kamerasının qeydə aldığı bu qəza paytaxtın Səbail rayonu,Neftçilər prospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsində başverib. İlkin ehtimala görə, qəza skuter idarə edən şəxsinsvetoforun qırmızı işığının tələbinə məhəl qoymaması və sürücüdiqqətsizliyi səbəbindən baş verib. Görüntülərdən də aydın olur ki,ikitəkərli nəqliyyat vasitəsini idarə edən şəxs qırmızı işıqyandıqda dayansaydı, bu yol-nəqliyyat hadisəsi başverməyəcəkdi.

Yadda saxlamaq lazımdır ki, svetoforun və nizamlayıcınınsiqnallarının yerinə yetirilməsi yol hərəkəti iştirakçıları üçünməcburidir. Bunu “Yol hərəkəti haqqında” Qanunun 60-cı maddəsitələb edir. Həmçinin qeyd olunur ki, svetoforun və yanizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyatvasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xəttyoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolunhərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digəryolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar.

Unutmayaq ki, bu cür qayda pozuntularına yol verərəkqadağanedici işıqda hərəkəti davam etdirmək çox vaxt xəsarət almavə ya ölümlə nəticələnir.

Seçilən
58
1
az.trend.az

10Mənbələr