AZ

Bakıda qırmızı işıqda yolu keçən skuter sürücüsünün vurulma anı - VİDEO

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxtın mərkəzində baş vermiş yol qəzasının görüntülərini yayıb.

Day.Az xəbər verir ki, Mərkəzin müşahidə kamerası tərəfindən qeydə alınan qəza Səbail rayonu, Neftçilər prospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsində baş verib.

İlkin ehtimala görə, qəza skuter sürücüsünün işıqforun qırmızı işığının tələbinə əməl etməməsi və sürücünün diqqətsizliyi səbəbindən baş verib. Görüntülərdən görünür ki, ikitəkərli nəqliyyat vasitəsini idarə edən şəxs qırmızı işıq yandıqda dayansaydı, qəza olmayacaqdı.

NİİM bildirir ki, işıqforun və nizamlayıcının siqnallarına əməl etmək yol hərəkəti iştirakçıları üçün məcburidir və bu, "Yol hərəkəti haqqında" qanunun 60-cı maddəsində öz əksini tapıb. Sürücülər işıqforun və ya nizamlayıcının qadağanedici siqnalı zamanı nəqliyyat vasitəsini stop-xətt qarşısında (əgər xətt yoxdursa, piyadaların hərəkətinə mane olmadan kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi və digər yolayrıclarında dayandırmalıdırlar.

Yayılan qəza görüntülərini təqdim edirik.

Seçilən
46
18
day.az

10Mənbələr